Abşeron yarımadasında tutqun və rütubətli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Milli Hidrometeorologiya Xidmətinin "TƏZADLAR"a verdiyi məlumata görə, sentyabrın 30-da Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-16° isti, gündüz 17-19° isti, Bakıda gecə 14-16° isti, gündüz 17-19° isti olacaq.
Atmosfer təzyiqi 764 mm civə sütunundan 768 mm civə sütuna yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.
Tibbi-meteoroloji proqnoz
Sentyabrın 30-da Abşeron yarımadasında tutqun və rütubətli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Azərbaycanın rayonlarında: Arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, şimal və şərq rayonlarında güclü olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 11-16° isti, gündüz 17-22° isti, dağlarda gecə 4-8° isti, gündüz 8-13° isti olacaq.