Hacıqabul sakini çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Məlumata görə, hadisə Hacıqaul rayonunun Muğan qəsəbəsində baş verib.

Həmin qəsəbə sakini, 1993-cü il təvəllüdlü Ağazadə Tərlan Məzahir oğlu içki məclisində yaranan münaqişə zəminində 1979-cu il təvəllüdlü Zeynalov Famil Məmmədşah oğlunu bıçaqlayıb. Yaralı çoxsaylı bıçaq xəsarətləri ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb.

Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN