Azәrbaycan Respublikası Müdafiə Nazirliyinin tәşkilatçılığı ilə Silahlı Qüvvәlәrinin Hәrbi Akademiyasında “2-ci Qarabağ müharibəsi, yeni nəsil müharibə kimi” mövzusunda “Zoom” platforması üzәrindәn onlayn beynәlxalq elmi-praktik konfrans başlayıb.

Bu barədə Müdafiə Nazirliyindən verilən məlumatda deyilir.

Konfrans Türkiyә Respublikasının Milli Müdafiә Universiteti, Pakistan İslam Respublikasının Milli Müdafiә Universiteti, Bolqarıstanın Q.S.Rakovski Milli Müdafiә Universiteti, Ukraynanın İvan Çernyaxovski adına Milli Müdafiә Universiteti, Polşanın Varmia vә Mazuri Universiteti, eləcə də Rumıniyanın I Karol Milli Müdafiә Universitetinin dəstəyi ilə keçirilir.

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutu, Azərbaycan Milli Aerokosmik Agentliyi, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Akademiyası və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının nümayəndələri də iştirak edir.

Qeyd edək ki, beynәlxalq elmi-praktik konfrans oktyabrın 22-dək davam edəcək.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN