Toylarda qayda pozuntusunun ən orijinal forması akademik Ramiz Mehdiyevin nəvəsinin toyu ilə gündəmə gətirildi...

Bundan sonra R.Mehdiyevin iki qohumu inzibati qaydada həbs edildi, bir çoxları cərimələndi... Bunların ardınca isə aidiyyəti dövlət qurumları toy şənliklərini ciddi nəzarətə götürdülər. Təbii ki, bunlar insanların sağlamlığı üçündür və ölkədə karantin qaydalarına ciddi əməl edilməsinə hesablanıb. Budur, “Xüsusi karantin rejimi dövründə toy şənliklərinin keçirilməsi qaydalarına uyğun olaraq, müvafiq dövlət qurumları ilə birgə monitorinqlərin keçirillməsi diqqətdə saxlanılır. Bu dövr ərzində - iyulun 1-dən polis digər qurumlarla 8 794 monitorinq keçirib”, -deyən Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev qeyd edib ki, şənlik mənasimlərinin təşkili və keçirilməsi qaydalarının pozulmasına görə 35 cinayət işi başlanıb, 41 nəfər inzibati qaydada həbs olunub, 3 299 nəfər barəsində digər inzibati tənbeh tədbirləri tətbiq olunub.
Bəli, vətəndaşlar anlamalıdır ki, bütün sərt tətbiqlər onların sağlamlığı və ölkədə virusa yoluxmaların ram edilməsi üçündür.
A.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN