Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq şöbə rəisi, general-mayor Akif Çovdarov məhkəməyə verilib.

Yerli mətbuatın məlumatına görə, Akif Çovdarovu məhkəməyə verən “Real-MTK”nın sahibi İlham Qasımovdur.

Məhkəmə iddiası mülki hüquq pozuntularından irəli gələn öhdəliklər üzrə mübahisələrlə bağlıdır.

Qeyd edək ki, İ.Qasımov A.Çovdarovun cinayət işində zərərçəkmiş şəxs qismində tanınıb.

Belə ki, İ.Qasımov A.Çovdarov vəzifədə olduğu zaman onun tərəfindən dəfələrlə həbslə hədələnib və ondan külli miqdarda pul alınıb.

Həmçinin İ.Qasımov iş adamı, şair Gülağa Qənbərovun (Tənha) şikayəti əsasında 2016-cı ildə həbs edilib.

Xatırladaq ki, İ.Qasımov G.Tənhaya qarşı 20 milyonluq dələduzluqda ittiham olunub.

Məhkəmə tərəfindən 15 il azadlıqdan məhrum edilən İ.Qasımov 2019-cu ildə azadlığa buraxılıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN