Keçmiş SSRİ-nin mövcudluğunu başa çatdırması ilə bağlı ABŞ-ın Rusiyadakı səfirliyinin binasında işıq proyeksiyası ilə sovet ittifaqının bayrağı göstərilib.

“Sputnik Armenia” xəbər verir ki, art-qruplardan biri Sem dayını milad bayramı münasibətilə təbrik edib.

Bildirilib ki, orada 30 il əvvəl ABŞ-a rəqabət qabiliyyətli qüdrətli Sovet İttifaqı kimi çox yaxşı bir hədiyyə verilib: “Sem dayı, Milad bayramınız mübarək! 30 il əvvəl sənə çox gözəl bir hədiyyə verildi. 1991-ci il dekabrın 25-də! Artıq hədiyyələr yoxdur. Böyük Rusiya dirçəlir”.

Qeyd edək ki. SSRİ 1922-ci il dekabrın 30-dan 1991-ci il dekabrın 26-dək mövcud olub. 1991-ci il referendumun nəticələrinə əsasən bu dövlət tarixin arxivinə göndərilib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN