2022-ci ilin 6 yanvarı Həzrət Peyğəmbərimizin (s) qızı Fatimeyi Zəhranın (s) şəhadətinin ildönümünə təsadüf edir. Hər il bu gündə müsəlmanlar öz kədərlərini müxtəlif cür göstərirlər. Səbəbi İslamın əziz xanımının şəxsiyyətindədir. İslam dünyasında çoxlu şəxsiyyətlər mövcud olub, yaşayıb, fəaliyyət göstərib, dünyasını dəyişib, amma Fatimeyi Zəhra (s) bənzərsizdir.

Psixoloqlar deyirlər ki, hər bir insanın şəxsiyyəti üç şeylə müəyyən edilir:

1 - Varislik: bir şəxsin ata və babası kim olub?

2 - Tərbiyə: bu şəxsə kim tərbiyə verib?

3 - Mühit: insan hansı mühitdə böyümüşdür?

Bəzən irs yaxşı olur, amma tərbiyə... - Nuh peyğəmbərin oğlu və ya ataları peyğəmbər məqamlı, lakin övladları yaxşı insanlar olmayan Yəqub peyğəmbərin övladları kimi... Yaxud əksinə, bəzən irs yaxşı deyil, insan tərbiyəsi onu yuxarı aparır: misal üçün Yəzidin oğlu Müaviyə, hansı ki, çox yaxşı müəllimlərdən faydalanmış və buna görə də atasından iyrənmişdi...

Əgər həmin üç amili Həzrət Zəhranın (s) şəxsiyyətində axtarmaq istəsək, aşağıdakı nəticələrə gələrik:

Fatimə “Qadınlardan ağıl, cəmal və rəy cəhətindən üstün” təsvir edilən Xədicə kimi bir ananın himayəsində böyümüş bir şəxs idi. Cahiliyyət zamanı belə, vəsf edilən bir ana onu tərbiyələndirmişdi. Atası da o kəs idi ki, haqqında Allah “Allah Rəsulunu sizə yaxşılıq nümunəsi qoymuşam” demişdir. Xədicə (s) 5 il Fatiməni tərbiyə etdi və ondan sonra Peyğəmbəri-əkrəm şəxsən onun qayğısına qaldı. Tarixdə deyilir ki, Fatimə qapıdan içəri girəndə Həzrət Peyğəmbər (s) 4 işi yerinə yetirərdi:

- Ona tərəf qaçardı

- “Xoş gəlmisən” deyərdi

- Fatiməni öz yerində əyləşdirərdi

- Onun əlini öpərdi

Zəhranın böyüdüyü mühit Kəsa hədisinin daxil olduğu mühit idi. Onun haqqında paklıq ayəsi nazil oldu və bu səbəbdən də ali şəxsiyyəti aşağıdakı kimi xarakterizə edilir.

Sifət və kamillik əsasən iki növdür:

1 - Bəzi kamilliklər zatidir və ixtiyari deyil, məsələn, gözəllik, seyidlik, hündür olmaq və s. Dini rəvayətlərdə də bildirilir ki, insanda üç şey birləşsə, kamillik yaranar: a. ağıl (ağıl prinsipi) b. gözəllik c. natiqlik (məsələn, Harun Musadan daha gözəl danışırdı). Bu kamillik və fəzilətləri modelləşdirmək olmaz, çünki bəzilərində bunlar var, bəzilərində isə yoxdur və ola bilməz. Buna görə də Peyğəmbərin qızı və ya İmamlar anası olmaq və ya ləduni elm sahibliyi olmaq Fatimeyi-Zəhranın zati kamilliklərindən idi.

2 - Bəzi kamal və sifətlər istəyə bağlıdır və hər kəs onlara malik ola bilər, məsələn, qeyrət, zöhd, rza, fədakarlıq və s. Bu kamilliklərdə insan səy göstərib Peyğəmbər və ya Peyğəmbərin qızının malik olduğu kamilliyə çata bilər və buna görə də Quranın buyurduğu - Allah Rəsulu sizin üçün yaxşılıq nümunəsidir - Peyğəmbərin ixtiyari kamilliklərdir. Bu məsələdə qadın və kişi arasında heç bir fərq yoxdur və hər kəs o dərəcələrə çata bilər.

Zəhrayi Mərziyənin o qədər ixtiyari kamillikləri var idi ki, sünni alimləri sitat gətirmişlər: əgər bütün yaxşı kamilliklərin heykəlini çəkmək istəsən, olacaq Fatimə Zəhra. Ona görə də Zəhra tam bir nümunədir. Buna görə də İslam rəvayətlərində onu atasının aynası deyirlər.

Hədisdə deyilir ki, Allah-təala 10 qadına 10 şey bəxş etmişdir. Adəmin həyat yoldaşı Həvvaya tövbəni, İbrahimin həyat yoldaşı Saraya gözəlliyi, Əyyubun həyat yoldaşına özünü saxlamağı, Fironun arvadı Asiyaya hörməti, Yusifin xanımı Züleyxaya hikməti, Süleymanın arvadı Bilqeyisə fövqəladə ağılı, Musanın anasına səbri, İsanın anasına seçilməyi, Peyğəmbərin (s) xanımı Xədicəyə (s) razılığı və Əlinin (ə) xanımı Fatiməyə (s) elmi vermişdir. Fatimənin elmi - həzrətin ömrünün qısalığına baxmayaraq - o qədər yüksək idi ki, bütün pak imamlar analarının elm süfrəsində oturub analarının kitabından danışırdılar.

Əhəmiyyətli olan odur ki, Həzrət Zəhranın həyatına hakim olan üsul  ədəb, fədakarlıq və s. kimi prinsiplər zaman və tarixlə heç bir əlaqəsi olmayan bir vaxtda modelləşdirilə bilər və həyatımızın bütün aspektlərində Fatiməni necə təqlid edə biləcəyimiz vacibdir. Çünki Qurani-Kərimdə Fatimə (s) və Əhli-beyt (ə) haqqında 120-dən çox ayə yer alıb.

Həzrət Zəhranın vəsfində o qədər böyük sözlər və cümlələr söylənmişdir ki, heç kim bu fəzilətlərə çata bilməz. Quranda 4 kəlmə əzim sözü ilə gəlib misal üçün Quran əl əzim, əxlaq əzim, fəzl əzim, mülk əl əzim. Bütün bu kəlmələr Peyğəmbər haqqındadır. Belə bir peyğəmbər Fatimənin yanına gələrkən deyir: “Fədahə Əbuhə” atası ona qurban olsun. Fatimənin adı və xatirəsi Peyğəmbəri-əkrəmin dərdlərini yüngülləşdirmək idi. Ona görə də deyirlər ki, Fatimeyi-Zəhra Allah, Allahın Peyğəmbəri və bütün pak İmamlar tərəfindən mədh edilib.

O, elə bir şəxsiyyətdir ki, son 1400 ildə İslam dünyasının böyük kişi və qadınlarına həmişə örnək olmuş və şəhidlərimiz Qiyamət günü həmişə Fatimeyi Zəhranın (s) şəfasını diləmişlər.

Ümid olunur ki, Həzrət Zəhranın həyatı və kamilliyi bütün müsəlmanların fərdi və ictimai həyatında aktual olacaqdır.

Dr. Əli Purmərcan,

İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzinin sədri

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN