Mixail Saakaşvili daha bir bəyanatı ilə gündəmi zəbt edib...

Belə ki, "Ölkədə tüğyan edən bu ağır böhrandan yeganə düzgün çıxış yolu, cəmiyyətin birləşməsi və tezliklə növbədənkənar seçkilərin təyin edilməsindədir", -deyən eks prezident Mixeil Saakaşvili, həbsxanadan yazdığı növbəti məktubunda belə qeyd edib. Onun sözlərinə görə, "Vahid Milli Hərəkat"ın bölgələrə getməsi və eyni zamanda etirazçıların toplaşıb və dağılmayacağı ümumi milli səfərbərlik günü elan etməsi ilə razıdır: "Xalqın qarət olunmasına son qoyulacaq və Gürcüstan sürətli inkişafa qayıdacaq. Gürcüstanlılar öz ölkələrində layiqli, yüksək maaşlı iş tapa biləcəklər. Haqsızlığa son qoyulacaq və heç kim günahlandırılmayacaq. Ölkədə tüğyan edən bu ağır böhrandan yeganə düzgün çıxış yolu, cəmiyyətin birləşməsi və tezliklə növbədənkənar seçkilərin təyin edilməsindədir. Mən Vahid Milli Hərəkatın bölgələrə getməsi və eyni zamanda etirazçıların toplaşıb və dağılmayacağı ümumi milli səfərbərlik günü elan etməsi ilə razıyam, bu isə ölkədə növbədənkənar seçkilərin təyin olunması və mənim qanunsuz əsirlikdən azad olunmağım üçün lazımdır. Mənim seçki kampaniyasında iştirakım və xalqı səfərbər edəcəyim şəraitdə Gürcüstan cəmiyyəti növbədənkənar seçkilərdə böyük üstünlüklə qalib gələcək. Bu gündən sonra biz bütün Gürcüstana bildirməliyik ki, bizim konkret planımız var və başladığımız işi mütləq başa çatdıracağıq", - deyə M. Saakaşvili bildirib.

Saakaşvilinin azad olunması üçün isə ölkədə daha bir mitinq planlaşdırıldığı bildirilir. 

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN