"OBA Market"in administratoru vəzifəsində çalışmış şəxs barəsində cinayət işi açılıb.

Belə ki, marketlər şəbəkəsinin "Lənkəran 3" filialında 2017-2018-ci illərdə administratoru işləmiş 1989-cu il təvəllüdlü Novruzov Şahbuz Nizami oğlunun həmin müddətdə 51 min 845 manat 2 qəpik dəyərində malları mənimsəməsi üzə çıxıb.

Faktla bağlı Lənkəran rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə - külli miqdarda ziyan vurmaqla) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN