Azərbaycanın Müdafiə Nazirliyi erməni çoban Surik Matevosyanın Rusiya sülhməramlılarına təhvil verildiyini açıqlayıb.

"Təzadlar" "Sputnik Armeniya"ya istinadla bildirir ki, Ermınistan Ombudsmanı Arman Tatoyan bildirib ki, erməni çoban Azərbaycan tərəfinə keçib.  Ermənistanın hüquq müdafiəçisinin qeyd etdiyi kimi, hadisə bu gün yanvarın 13-də saat 15:30 radələrində Matevosyan Teh, Aravus və Xnatsax kəndləri arasında qoyun otararkən baş verib.

 Azərbaycan hərbçiləri onu dövlət sərhədimizə yaxın yerdə görüb- mövqelərimizin 150 metrliyində. Ermənistan KİV-ləri isə feyk məlumat yayıb ki, guya erməni çobanın 400-450 qoyunu da yoxa çıxıb. Sual olunur: erməni çobanın 400-500 qoyunu niyə Azərbaycan tərəfində ot axtarırmış? Eyni ərazinin Ermənistan tərəfində məgər ot zəhərlidir ki?! 

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN