Prezident İlham Əliyev bütün dövlət məmurlarına, özəl qurumlara, iş adamlarına dəfələrlə xəbərdarlıq edib ki, yaşıllıqları məhv etmək, ağacları kəsmək olmaz. Ancaq bəzi özəl tikinti şirkətləri, iş adamları bu xəbərdarlıqlara, sərt tədbirlərə rəğmən yenə də öz bildiklərini edirlər. Belə hadisələrdən biri də bu günlərdə Nəsimi rayonunda baş verib.

Belə ki, Bakıda tikinti şirkəti 35 min manatlıq ağacları kəsib. Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov məlumat verib.

Onun sözlərinə görə, xidmət əməkdaşlarının keçirdiyi nəzarət tədbirləri zamanı Nəsimi rayonu, Azadlıq prospekti ilə Şamil Əzizbəyov küçəsinin kəsişməsində ağacların kəsilməsi faktı müəyyən edilib: "Araşdırma zamanı ağacların sözügedən ərazidə tikinti işləri aparan “Yeni Ailə” MMC tərəfindən kəsildiyi və təbiətə 34860 manat məbləğində ziyan dəydiyi məlum olub. Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa göndərilib”.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN