Oğuzun Baş Daşağıl kəndi Azərbaycanın turizm imkanları geniş olan məkanlarından biri olsa da, burada problemlər də bitmir. Yayı cənnət, qışı isə olduqca şiddətli soyuq, şaxtalı, daim qarlı kəndin ən başlıca problemlərindən biri də mavi qaz problemidir. Təəssüflər olsun ki, qonşu ölkələrə mavi yanacaq ixrac edən ölkənin bir sıra bölgələri kimi, Oğuz da diqqətdən kənarda qalıb. Məsələn, rayonun Baş Daşağıl kəndi buna əyani sübutdur. Amma burada sakinləri narahat edən məsələ yerli məmurların kəndə və onun mövcud durumuna biganə münasibətidir. Sakinlər bu problemlə bağlı aidiyyəti dövlət qurumlarına müraciət etsələr də, heç bir müsbət nəticə yoxdur. Sakinlərin bildirdiyinə görə, Oğuz Rayon İcra Hakimiyyəti onları taleyin ümidinə buraxıb. Hətta kənd sakinlərinin qaz problemi ilə bağlı RİH-ə etdiyi şikayət və müraciətlər hiddətlə qarşılanır.

Sakinlər rayonun deputatı Aqiyə Naxçıvanlıya da dəfələrlə müraciət ediblər, hətta kənd sakinləri ilə görüşündə də bunu dilə gətiriblər. Bir müddət bundan öncə isə yazılı şəkildə müraciət ediblər. Düzdür, deputat lazımi tədbirlərin görüləcəyinə dair söz verib, amma, sadəcə, söz verib və vədi elə söz olaraq da qalıb. Deyilənə görə, bir neçə dəfə problemlə daha yaxından tanış olması üçün onu kəndə də dəvət ediblər, amma gəlməyib.

Çarəsiz sakinlər SOCAR-a, Prezident Administrasiyasına, Birinci vitse-prezidentə müraciət ediblər, amma deyirlər ki, şikayətləri həmin qurumlara çatmayıb. Onların sözlərinə görə, müvafiq qurumlara göndərilən saysız-hesabsız məktublar hələ də cavabsızdır.

Bəli, 200-ə yaxın ailə, 1300-ə qədər sakin üç ildən çoxdur ki, qaz probleminin həllini ümidlə gözləyir. Amma belə görünür ki, daha çox gözləməli olacaqlar.

Lakin onu da qeyd edəkki, Baş Daşağıl sakinlərinin problemləri yanlız bununla bitmir. Sakinlər deyirlər ki, kəndin məktəb problemi də mövcuddur. Belə ki, məktəb binasının kiçikliyi, texniki vəsaitlərdən lazımi şəkildə istifadə edə bilmək üçün imkanların azlığı məktəbin və daha doğrusu, kəndlilərin başlıca problemidir.

Məsələ ilə bağlı Oğuz Rayon İcra Hakimiyyətindən münasibət öyrənmək mümkün olmayıb. Odur ki, qarşı tərəfin də mövqeyini dərc etrməyə hazırıq. 
E.ŞİRİNOV
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN