Dövrümüzdə bütün dünyanı narahat edən ən böyük bəlalardan biri də narkomaniyadır. Dünya Səhiyyə Təşkilatının məlumatına əsasən, dünyada hazırda 250 milyondan çox insan bu dəhşətli bəlanın qurbanına çevrilib. Bu statistika düşünmək üçün yetərli qədər ciddidir. Təəssüflər olsun ki, bu bəla ölkəmizdə də geniş yayılıb və bu statistikanın içində bizim də vətəndaşların payı var.

Ən pisi də odur ki, bu bəlaya düşənlərin çox hissəsini gənclər təşkil edir. Gənclər ölkəmizin gələcəyidir. Sirr deyil ki, Dövlətimizin iqtisadi əsasında insan amili dayanmaqla, onun aparıcı qüvvəsi gənclərdir. Həm insanlara, beynəlxalq aləmdə narkosindikatların narkotik və psixotrop maddələrdən əldə etdiyi külli miqdarda vəsaitin terrorizmə və müharibə ocaqlarına xərclənməsini nəzərə alsaq vəziyyətin nə qədər qorxulu və ciddi- təhlükəli olduğunu görərik.

Bu bəla beynəlxaq problem olduğu üçün bu yolda böyük dünya təşkilatlari bir sıra ciddi addimlar atiblar. BMT-nin 1987-ci il Konvensiyasına daxil olan ölkələrin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Bəyannaməsinə əsasən, 26 iyun “Narkomaniya və narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı Ümumdünya mübarizə Günü” kimi qeyd olunur. Təsadüfi deyil ki, ölkəmiz 1998-ci ildə BMT-nin “Narkotik vasitələr haqqında” 1961-ci il və “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyalarına qoşulub. Azərbaycan BMT-nin narkotik vasitələr və psixotrop maddələrlə mübarizə ilə əlaqədar konvensiyalara qoşulduqdan sonra da bu sahədə çoxsaylı qanunvericilik aktları qəbul olunub. Azərbaycanda narkomaniya ilə mübarizə Ümummilli lider Heydər Əliyevin daimi diqqət və nəzarətində olub. Bu məqsədlə 1996-cı ildə müvafiq Dövlət Komissiyası yaradılıb və daha sonra “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Qanun qəbul edilib.

Azərbaycan Prezidentinin 2007-ci il 28 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə 2007-2012-ci illər üçün Dövlət Proqramı”nın, 2013-cü il 24 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın uğurla həyata keçirilməsinin əvəzsiz rolu oldu.

Bunlardan əlavə, dövlətimiz bu sahə ilə mütamadi məşğul olan bir sıra idarə və təşkilatlar yaratdi. Bütün aidiyyatı dövlət qurumlari bu sahədə səylə çalışır.

Bu qurumlar içində ölkənin daxili sabitliyini, ictimai təhlükəsizliyi təmin edən Daxili İşlər Nazirliyinin aidiyyəti qurumlarının məhz bu sahə ilə ciddi məşğul olması nəticəsiz qalmır. Nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsinin bu sahədəki fəaliyyəti də təqdirəlayiqdir.

***

...Daim xalqımızın və dövlətimizin keşiyində duran polis orqanları bu gün də bir çox sahədə, həmçinin narkomaniya, narkotika və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı peşəkarlıqla çalışır və çox uğurlu addimlar atılıb. Ölkənin hər tərəfində-məktəblərdə, ali təhsil ocaqlarında, gənclər arasinda və digər ictimai yerlərdə mütəmadı marifləndirici tədbirlər həyata keçirilir. Televiziya, Radio və Nazirliyin rəsmi mətbuat orqanı olan “Polis qəzeti”ndə çoxsaylı məlumatlar dərc olunur.

Nazirliyin mətbuat xidmətindən KİV-ə verilən aşağıdakım məzmunlu məlumatlardan da polisin bu işdə nə qədər mübariz olduğunu görürük: “Daxili İşlər Nazirliyindən verilən məlumata görə, qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satış üzrə 2021-ci ilin 8 ay 14 günü ərzində respublika ərazisində 6020 fakt aşkar olunub. Onlardan 2094 satış, 3493 saxlama, 375 əkin, 58 digər hallar təşkil edib. Həmin faktlar üzrə qanunsuz dövriyyədən 2 ton 636 kq narkotik vasitə (marixuana, heroin, tiryək, həşiş və s.), 224 kq-dan artıq psixotrop maddə (metamfetamin, MDMA-ekstazi, mefedron), prekursorlar üzrə güclü təsir edən maddələr 9 kq artıq, 104 qram müxtəlif kimyəvi tərkibli zəhərli maddə, 52 ton çətənə kolu, əkin-kultivasiya, 168 tondan artıq yabanı halda bitən çətənə və xaş-xaş qanunsuz dövriyyədən çıxarılıb. Respublikamızda bu ay ərzində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə əlaqəli 3611 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Onların hər biri barəsində cinayət-prosessual məcburiyyət tədbirlərinə uyğun olaraq, həbs, başqa yerə getməmək barədə iltizam, polisin nəzarəti altına vermə və digər qətimkan tədbirləri seçilib. DİN tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəli cinayət-hüquq, cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq, şübhəli bilinən, saxlanılan, tutulan və təqsirləndirilən şəxslər ətrafında aparılan istintaq hərəkətləri ədalətlilik prinsipi əsasında diqqətdə saxlanılır”.

Bu sadəcə verilən məlumatların və görülən işlərin çox kiçik bir hissəsidir. Daxili İşlər Nazirliyinin polis heyəti bu kimi tədbirlərlə yanaşı, cinayətkarlıqla mübarizə, asayişin fasiləsiz qorunması, ölkədəki əmin-amanlığın daim nəzarətdə saxlanması sahəsində əlindən gələni edir.

Polis dövlətin ən etibarlı və önəmli sütunlarından biridir. Bu isə o deməkdir ki, polisə hörmət, dövlətə, xalqa və nəhayət, gələcəyimizə olan hörmət deməkdir. Çünki polis əməkdaşları gələcəyimiz olan gəncləri həm də narkomaniyadan qorumağa çalışır...

Elçin Cəfəroğlu

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN