...Gürcüstanın Gelati monastrında saxlanılan Gəncənin giriş qapılarından biri yenidən müzakirə mövzusu oldu...

Lakin “Gəncə qapıları məsələsi Gürcüstan və Azərbaycan arasında gündəmdə deyil", -deyən Gürcüstanın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Mari Narçemaşvili bu mövzulu narahatlığa aydınlıq gətirməyə çalışıb. O bildirib ki, məsələ Gürcüstan və Azərbaycan arasında ikitərəfli münasibətlərin gündəliyində yer almayıb. Onun sözlərinə görə, Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır və bu, ölkələr arasında, o cümlədən mədəniyyət sahəsində geniş əməkdaşlıq spektri ilə təsdiqlənir.

 Qeyd edək ki, Azərbaycanın mədəniyyət naziri Anar Kərimov bu günlərdə Gəncə qapılarının vəziyyəti ilə bağlı Gürcüstan tərəfindən yekdil rəy olmasa da, məsələnin danışıqlar vasitəsi ilə Azərbaycana qaytarılmasının müzakirə olunduğunu bildirmişdi.

 Gəncə qapılarının bir tayı Gürcüstanda Gelati monastrında saxlanılır. Tarixi mənbələrə əsasən, 1139-cu ildə Gəncədə baş vermiş güclü zəlzələdən sonra şəhərə hücum etmiş gürcülər qapının bir hissəsini Gürcüstana aparıblar. Qapının bəzi hissələri çürüyüb, onun restavrasiyaya ehtiyacı var.

Hər halda, Azərbaycanla Gürcüstan arasındakı mövcud mehriban qonşuluq münasibətləri bu məsələnin də həllinə açar ola bilər...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN