Ukraynada tutularaq Azərbaycana gətirilən iş adamı Maqsud Mahmudovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Ailə tərkibi barədə danışan M.Maqsudov bildirib ki, Bakıda olanda evli olub. Ukraynaya gedəndən sonra ona boşanması barədə qətnamə gəlib. Təqsirləndirilən şəxs, həmçinin belində ağırlar olduğu üçün müalicəsinə şərait yaradılmasını xahiş edib. Məhkəmədə bununla bağlı Bakı İstintaq Təcridxanasına sorğu veriləcəyi bildirilib.

Məhkəmənin baxış iclası fevralın 14-ə təyin olunub.

Qeyd edək ki, M.Mahmudova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) , 182.2.2 ( (təkrar hədə-qorxu ilə tələb etmə) və 133.2.2 (xüsusi dəyəri olan əşyaları talama - təkrar törədildikdə) maddələri ilə ittiham elan olunub. Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu ötən ilin iyul ayında Ukrayna ərazisində tutulub. O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.

Xatırladaq ki, iş üzrə 90 nəfər zərərçəkmiş tanınıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN