...İndi dünyanın diqqəti Ukrayna-Rusiya cəbhəsində baş verənlərə zillənib... Dünya narahatdır, Rusiya nüfuz döyüşünə girib, Qərb və ABŞ isə hələki götür-qoy edir... Tanınmış araşdırmaçı jurnalist Elbəyi Həsənli də bu mövzuda maraqlı status paylaşıb:
-Rus ayısı ilə ehtiyatlı, özü də maksimum şəkildə ehtiyatlı davranmaq lazımdır. Hər şey göz qabağındadır. Qərb Rusiyadan çəkinir. Niyə çəkinir? Çünki Qərbə müharibə lazım deyil. Qərb bütün parametrlər baxımından Rusiyadan bir baş üstündür. Ancaq Qərb yaxşı başa düşür ki, Rusiya ilə müharibə sürətlə yüksələn Çinə ağlasığmaz fürsətlər yaradacaq. Heç şübhəsiz ki, rəsmi Pekin o fürsətlərdən maksimum şəkildə istifadə edəcək... Yəni, Azərbaycan Rusiya təhlükəsini nəzərə almaq zorundadır. Hələ ki, İlham Əliyev Putinlə anlaşmağı bacarıb. Bu dəfə necə olacaq? Böyük ehtimalla demək olar ki, müəyyən güzəştlər hesabına İlham Əliyev Rusiya ilə münasibətlərin stabilliyini qoruyub saxlaya biləcək. Bəzi sadəlövh dostlarımız var. Gecə-gündüz Rusiyanı ittiham edirlər. Əlbəttə, Putin Rusiyası bütün ittihamlara layiqdir. Ancaq indiki həssas dönəmdə Azərbaycana lazım olan odur ki, Rusiya təhlükəsi ölkəmizdən yan keçsin. Sirr deyil ki, Ermənistan Rusiyanı Azərbaycan və Türkiyəyə qarşı qaldırmaq üçün min oyundan çıxır. Qonşumuz İran Ermənistana görə bu yaxınlarda bizimlə müharibənin bir addımlığına qədər gəlib çıxmışdı. Bu və bu kimi amilləri nəzərə almaq zorundayıq... Ümumiyyətlə, Rusiya qan çanağına dönüb. Azərbaycan qana düşməkdən çəkinməlidir, qan dənizində üzmək bizə qətiyyən lazım deyil. Minlərlə şəhid vermişik. Ölkəmizin 20 faizi rəsmən xarabalıqdan ibarətdir. Qalan ərazimizin də xarabaya dönməsinə imkan verə bilmərik ki. Ona görə də ehtiyatı əldən vermədən Azərbaycanın maraqlarının həyata keçməsi üçün baş işlətməliyik. Bu mənada İlham Əliyev əvəzolunmaz liderdir. Bir daha vurğulayıram: İlham Əliyevin yeritdiyi xarici siyasət mükəmməldir. Təəssüf ki, daxili siyasətdə biz bunun tam əksini görürük. Ölkə simasız quldurların total istismarı altındadır...
*** 
Bu statusa onu əlavə edə bilərik ki, bəziləri Prezident İlham Əliyevin Rusiyaya səfərinə min cürə don geydirməyə çalışır. Lakin fakt və reallıq budur ki,  ABŞ və Qərb dövlətləri Rusiya ilə zarafat etməyə cürət etmirlərsə, ən yaxşı halda, Azərbaycan 30 illik işğal faktorunu göz önünə gətirib hələki Rusiya ilə dost və mehriban münasibətlər meydanında əməkdaşlıqdan, müttəfiqlikdən qalmamalıdır... Zaman və tarix hələki belə tələb edir. Zaman və tarixi məqam dəyişər, Azərbaycan da öz sözünü Qarabağda dediyi kimi deyər... Bütün hallarda, Türkiyə İlham Əliyevin Moskvaya son səfərinə şərh vermirsə, deməli, məslləhət belədir... Halbuki Türkiyə Rusiyanın qondarma separatçıları tanımasını sərt tənqid edib...
A.Məmmədli  
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN