Astara rayonun Miki kənd sakini Hüseynova İlhamə Süleyman qızı ölkə KİV-lərinə müraciət edərək, ailəlikcə acınacaqlı vəziyyətdə yaşadıqlarını bildirib.

O qeyd edib ki, 2019-cu ildə qısaqapanma nəticəsində evi yanıb.

Hazırda çadırda məskunlaşan ailə aidiyyəti qurumlardan köməklik olunmasını xahiş edib: "2019-cu ildə qısaqapanmadan evimiz yanıb. Hazırda çadırda yaşamaq məcburiyyətində qalmışıq. Çadırın üstünü salafanlarla örtmüşük ki, yağış üstümüzə yağmasın. Üç oğlum var. Övladlarımdan birinin ayağı tutulub, hazırda yeriyə bilmir. Həyat yoldaşım isə böyrək xəstəsidir, işləyə bilmir. Sosial yardım alırıq. Lakin onu həyətdə yeni evin tikintisi üçün ödəyirik. Belə ki, kənd camaatı kömək edəndən sonra evi tikmişik. Daş hörülüb, amma evin üstü örtülməyib. Çadırı ev yanandan sonra Fövqəladə Hallar Nazirliyi (FHN) verib. Artıq çadır da dağılmaq üzrədir. Yağış yağan zaman evin içinə tökülür. Rayon İcra Hakimiyyəti ev yanan ərəfədə 500 manat köməklik edib. Keçən ilin noyabr ayında isə 300 manat yardım etdilər. Bütün qrumlara müraciət etmişəm. Millət vəkilimiz Ziyafət Əsgərov da 500 manat köməklik edib. Ancaq bununla mən heç nə edə bilmirəm. Hazırda evin üstü yoxdur. Çadırda yaşamaq məcburiyyətində qalmışıq. Oğlum və həyat yoldaşım xəstədir. Mən gələcəkdə üç əsgər vətənə xidmətə göndərəcəm. Bu cür yaşamaqla mən necə əsgər böyüdüm? Xahiş edirəm, aidiyyəti qrumlar mənə köməklik etsin".

Ümid edirik ki, Astara Rayon İcra Hakimiyyəti və digər məsul şəxslər sözügedən ailəyə dəstəyini əsirgəməyəcəklər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN