Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı Vətən Müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan qəhrəman igidlərimizin mövlud günləri qeyd edilib.

Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri, şəhid ailələri və qazilər iştirak edib.

Ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “İgidliyə görə” medallarına layiq görülən şəhid Sadıqov Rəsul Həşim oğlunun 21-ci, ölümündən sonra “Bayraq ordeni”, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Cəsur döyüşçü” medallarına layiq görülən şəhid Dövlətov Zaur Zahir oğlunun 27-ci, ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Cəsur döyüşçü” medallarına layiq görülən şəhid Useynov Ceyhun Elşad oğlunun 32-ci doğum günü ilə əlaqədar onların məzarları ziyarət olunub, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub.

Şəhidlərimizin keçdiyi döyüş yolundan danışılıb, onların göstərdiyi şücaətlərdən söz açılıb.

RİH başçısı Abdin Fərzəliyev şəhidlərimizin əvvəllər yaşadıqları evlərə gedərək onların ailə üzvləri ilə görüşüb. Ailələrin problermləri və qayğıları ilə maraqlanan RİH başçısı Abşeron rayonunda şəhid ailələrinə bundan sonra da daimi olaraq diqqət və qayğının göstəriləcəyini qeyd edib.

Şəhid Useynov Ceyhun Elşad oğlunun adının verildiyi küçədə baralyefinin açılışı olub. Məlumat verilib ki, Abşeron RİH-nin tövsiyəsi ilə şəhidin adını daşıyan küçəyə asfalt örtüyü çəkilib, ərazidə ümumi abadlıq işləri aparılıb.

Şəhid aillələri də onlara dövlət səviyyəsində hər zaman böyük diqqət və qayğının göstərildiyini qeyd edərək buna görə cənab Prezident İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

RİH başçısı Abdin Fəzrəliyev günün sonunda “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medallarına layiq görülən şəhid Mustafayev Nurlan Hamlet oğlunun öz adını daşıyan övladı Nurlan Mustafayevin 1 yaşı olması ilə əlaqədar onların evinə gedib, şəhid ailəsinin qayğıları və problemləri ilə maraqlanıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN