Paytaxtın Səbail rayonu ərazisində fəaliyyət göstərən özəl xəstəxanada insident baş verib.

Məlumata görə, hadisə Badamdar qəsəbəsində yerləşən “Caspian International Hospital”da qeydə alınıb. Belə ki, hospitalın mühafizəçisi, 1997-ci il təvəllüdlü Əbülfəz Əliyev mayın 13-də gecə saat 01:00 radələrində döyülüb.

Məlumatda bildirilir ki, hospitala gələn Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməkdaşları – kapitan Arif Əlizadə və baş leytenant Azər Əsgərov xuliqanlıq zəminində mühafizəçini döyərək ona xəsarətlər yetiriblər.

Qeyd edək ki, hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Penitensiar Xidmətin zabitlərinin izahatları alınıb və daha sonra onlar sərbəst buraxılıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN