“Son sutkada Ukrayna Silahlı Qüvvələri Donetsk və Luqansk istiqamətlərində Rusiya qoşunlarının 12 hücumunu dəf edib”.

Tezadlar.az Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının yaydığı xəbərə istinadən bildirir ki, Donetsk və Luqansk istiqamətində Rusiyanın 3 tankı, 3 artilleriya sistemi, 6 zirehli döyüş maşını və 7 avtomobil texnikası məhv edilib.

Bessarabiya istiqamətində Moldova Respublikasının Dnestryanı regionunda vəziyyət gərgin olaraq qalır və ciddi şəkildə dəyişməyib.

Məlumata görə, Qara və Azov dənizlərində Rusiya Qara dəniz Donanmasının gəmiləri sahil istiqamətində döyüş əməliyyatlarının aparıldığı ərazinin təcrid olunması, kəşfiyyat və atəş dəstəyi üzrə tapşırıqları yerinə yetirməkdə davam edir.

Ötən gün Ukrayna Quru Qoşunlarının hava hücumundan müdafiə bölmələri Rusiyanın əməliyyat-taktiki səviyyəli 10 PUA-nı vurub, Ukrayna Hərbi Hava Qüvvələrinin zenit-raket bölmələri rəqibin bir PUA və 4 qanadlı raketini məhv edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN