Ağdaş şəhər Nizami Gəncəvi adına 2 nömrəli tam orta məktəbdə insident baş verib.

“Ağdaş” facebook səhifəsinə istinadən məlumata görə, ibtidai sinif müəllimləri həmin məktəbdə təhsil alan uşaqların nənəsini döyüb, ona xəsarət yetiriblər.

Məlumatda bildirilir ki, məktəbin ibtidai sinif müəllimi uşaqları dərsə hazır olmadıqları üçün təhqir edir, səbəbini soruşduqda isə "əcəb edirəm, sən kimsən?!", - cavabını verir.

Hadisəni nəql edən şəxs bildirir ki, məktəb rəhbərliyinə məlumat verilib, amma cavab yoxdur: “Direktor Rafiq Haşımov "baş qoşmayın, boş verin" deyir. Nəticədə iki müəllim birgə orada təhsil alan uşaqların 62 yaşlı nənəsini döyüb xəsarət yetiriblər. Buna şahid olan müəllimlər valideyni hadisə törədən müəllimlərin əlindən xilas etsələr də, indi isə hər şeyi təkzib edirlər.

Xəsarət alan 62 yaşlı valideyn evdə çarəsiz vəziyyətdə qalıb. Rəhbərlik hər şeyi inkar edir. Polis işi araşdırır".

İddiaçının sözlərinə görə, hadisə direktor otağının qapısı önündə baş verib və hadisəyə polisin qarışması səbəbindən məktəbdə kamera görüntüləri silinib.

Məsələ ilə bağlı araşdırma davam edir.

E.ŞİRİNOV


GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 19 April 2022
By Elçin Məmmədli

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA