Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi postmüharibə dövründə daha 40 nəfər müharibə əlilini peşə reabilitasiyasına cəlb edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, onlar üçün əlilliyi olan şəxslərin Peşə-Əmək Reabilitasiyası Mərkəzində müxtəlif peşələr üzrə kurslar təşkil olunub.

Əlillərin bir qrupu kursları bitirərək müvafiq peşə şəhadətnamələrinə yiyələniblər, digərlərinin isə peşə-reabilitasiya kursları davam edir.

Peşə kursu keçən qazilərdən 3 nəfəri Türkiyənin Antalya şəhərində əlilliyi olan şəxslər üçün keçirilən tədbirin iştirakçısı olub.

Mərkəzə qəbul edilənlər peşə təlimində olduqları müddətdə burada dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və sair ilə də təmin olunurlar.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN