İyulun 1-də səhər saatlarında Ukrayna silahlı qüvvələri Rusiyanın olduqca bahalı “Forpost” pilotsuz uçuş aparatını məhv edib.

Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, bu uğurlu əməliyyat bu gün iyulun 1-də səhər saatlarında baş tutub. Nəticədə “Forpost” pilotsuz uçuş aparatı məhv edilib. Bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin Komandanlığı da məlumat yayıb. Sitat: “İyulun 1-də səhər saatlarında Yuq hava komandanlığının zenit-raket bölməsi Nikolayev vilayətində məhv etmək üçün başqa hədəf tapmağa çalışan Rusiyanın “Forpost” pilotsuz uçuş aparatını məhv edib. Belə uğurlu əməliyyatlar davamlıdır".

 "Forpost" Rusiya Federasiyasının müdafiə sferasında xidmətdə olan, demək olar ki, ən bahalı pilotsuz uçuş aparatıdır. Onun dəyəri 7 milyon dollar qiymətləndirilir.

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler


IMAGE
QOŞA "BEŞ"İN MÜBARƏK!
Monday, 28 November 2022
By Elman ELDAROĞLU

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA