booked.netbooked.net booked.net  

Qubadlı Rayon İcra Hakimiyyətinin şəhər nümayəndəliyində I Qarabağ müharibəsi şəhidi Əbülfəz Mehdiyevin anım günü keçirilib.

Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haqverdiyev, YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov, şəhidin ailə üzvləri, rayon ictimaiyyəti iştirak edib.

Bölgə müxbirimiz xəbər verir ki, əvvəlcə vətənimizin azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra şəhid Əbülfəz Mehdiyevin keçdiyi şərəfli həyat yolu haqqında məlumat verilib. Çıxış edənlər arasında şəhidin əmisi oğlu, “Qarabağ” ordenli, Şuşa fatehi Ehtiram Məmmədov, döyüş yoldaşları Xudayət, Muxtar, Vüqar qəhrəman dostları haqqında xatirələrini bölüşüblər.

Mərasim V.Əliyev adına rayon Mədəniyyət evi və Mahmudlu kənd Mədəniyyət evinin, eləcə də şəhid Ə.Mehdiyevin adını daşıdığı Qubadlı şəhər Uşaq musiqi məktəbinin hazırladığı ədəbi-bədii kompozisiya ilə davam edib.

Sonda şəhidin ailə üzvləri çıxış edərək Prezident İlham Əliyevə şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 05 Mart 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN