İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakıdan çıxaraq Şəki istiqamətinə hərəkət edən "Ford Tranzit" markalı sərnişin mikroavtobusu İsmayıllı şəhəri ərazisində "NİVA" markalı minik avtomobili ilə toqquşub və yoldan çıxaraq aşıb.

Hadisə zamanı Şəki sakinləri - 1994-cü il təvəllüdlü Seyidova Esmira İlqar qızı, 1981-ci il təvəllüdlü Güliyeva Gülafət Ağasəf qızı, 1993-cü il təvəllüdlü Məmmədli Arzuman Əvəz oğlu, 1985-ci il təvəllüdlü Səmədova Dürdanə Fikrət qızı, 1974-cü il təvəllüdlü Səlimov Yaşar Hacıbaba oğlu, 1991-ci il təvəllüdlü Abduləzimov Mehman Əlixan oğlu, 1973-cü il təvəllüdlü Səlimova Könül Muxtar qızı, 1986-cı il təvəllüdlü Hacıyev Sadiq Əsabəli oğlu, 1989-cu il təvəllüdlü Əhmədov Elvin Vədadil oğlu, 2004-cü il təvəllüdlü Xəlilova Şəbnəm Rəhim qızı, 2005-ci il təvəllüdlü Qaraşov Qürbət Xaliq oğlu, Bakı sakini 1997-ci il təvəllüdlü Məmmədov Pərviz Sahib oğlu, İsmayıllı sakini, 1970-ci il təvəllüdlü Qaraşov Xaliq Valeh oğlu müxtəlif dərəcəli bədən xəsarətləri aldıqları üçün İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

E.ŞİRİNOV

Pin It

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində işğaldan azad edilən ərazilərə nəzarət postlarından kənar yollarla və müvafiq icazəsi olmadan keçən 2 nəfər saxlanılıb.

Pin It

Vətəndaşa qarşı kobud rəftar edən polis mayoru İlkin Süleymanov vəzifəsindən azad olunub.

Pin It

Azərbaycan daha bir erməni əsilli mülki şəxsi Ermənistan tərəfinə təhvil veriib.
Pin It

Rüşvətə təhrik etmə və dələduzluqda təqsirləndirilən Quba Rayon İcra Hakimiyyəti başçısının sabiq müavini Xanlar Heybətovla Arif Mustafayevə hökm oxunub və onlar cərimələnib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN