İşçi qismən ödənişli sosial məzuniyyət hüququndan uşağın 3 yaşı tamam olana qədər müxtəlif vaxtlarda hissə-hissə də istifadə edə bilər.

Bu fikirləri insan resurslarının idarə olunması üzrə mütəxəssisi Nihad Əliyev bildirib.

O, qeyd edib ki, işəgötürən sosial məzuniyyətdə olan işçinin yerinə başqa işçi təyin etməsindən asılı olmayaraq, istənilən vaxt işçi vəzifəsinin başına qayıda bilər.

 “Daha bir məqam isə budur ki, qismən ödənişli sosial məzuniyyətdə olan işçi istənilən vaxt işəgötürənə müraciət edərək işə geri qayıda bilər. Təcrübədə bəzən elə olur ki, işçi uşağın 3 yaşı tam olana qədər qismən ödənişli sosial məzuniyyətdən istifadə edərkən işəgötürən onun vəzifəsinə başqa işçini təyin edir. Lakin məzuniyyət müddəti tam bitməmiş, 1 ildən sonra sosial məzuniyyətdə olan işçi işə geri qayıtmaq istəyir. Bu halda işəgötürənin həmin işçinin geri qayıtmasına icazə verməməsi qanunaziddir. Həmin işçinin müraciəti qəbul olunmalı və işçi yenidən vəzifəsini icra etməlidir. Yeri gəlmişkən, qeyd edək ki, işçi işə qismən ödənişli sosial məzuniyyətdən müəyyən olunmuş müddətdən tez qayıtdıqda işəgötürən bunu mütləq əmrlə rəsmiləşdirməlidir. Qismən ödənişli sosial məzuniyyət əmrdə göstərilən vaxtda bitdikdə və işçi işə əmrdə göstərilən vaxtda geri qayıtdıqda isə işçinin işə qayıtması ilə bağlı yenidən əlavə əmr hazırlamağa ehtiyac yoxdur”, - deyə vurğulayıb.

Mütəxəssis qismən ödənişli sosial məzuniyyətlərin rəsmiləşdirilməsi üçün, qanunvericiliyə əsasən, tələb olunan sənədlərin də adını açıqlayıb:

“İşçinin qismən ödənişli sosial məzuniyyətdən istifadə etmək barədə ərizəsi, işəgötürənin qismən ödənişli sosial məzuniyyət barədə əmri, uşağın doğum haqqında şəhadətnaməsi”.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN