Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Qara dənizdən taxıl nəqlini mümkün etmək üçün çox çalışdıqlarını bildirib.

O, bu barədə bu gün İstanbulda keçiriləcək görüşlərlə bağlı sualları cavablandıran zaman bildirib.

Antonio Quterreş  “Biz həqiqətən bunun üzərində çox çalışırıq. Amma hələ ediləcək çox şey var” , - deyə vurğulayıb.

Xatırladaq ki, Türkiyənin milli müdafi naziri Hulusi Akar ərzaq böhranının həlli üçün Milli Müdafiə Nazirliyinin heyətinin Moskvaya getdiyini və Rusiya hərbi heyəti ilə görüşdüyünü, daha sonra Ukrayna hərbi heyətinin Milli Müdafiə Nazirliyinə gəldiyini qeyd edib.

Qeyd edək ki, BMT-nin baş katibi Antoniu Quterreş hələ bir neçə öncə bəyan edib ki, Ukraynadakı münaqişə inkişaf etməkdə olan ölkələrə qarşı “səssiz hücumdur” və 1,7 milyard insanı yoxsulluğa sürükləmək təhlükəsi yaradır.

Həmçinin  BMT Təhlükəsizlik Şurasında qida təhlükəsizliyi üzrə ekspert, kənd təsərrüfatı analitik şirkəti Gro Intelligence-nin baş direktoru Sara Menker də may ayının sonunda “Ukraynadakı müharibə və Hindistanın son həftələrdə buğda ixracına qadağa qoyması səbəbindən dünyadakı anbarlarda cəmi 10 həftəlik buğda qalıb” xəbərdarlığını etmişdi.

 Və artıq fevralın 24-dən davam edən müharibə səbəbindən Qara dənizdəki yük gəmiləri Ukrayna limanlarını tərk edə bilmədiyi üçün dünyanın bir çox ölkəsində taxıl böhranı yaşanır.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO)  məlumatına görə, may ayında taxıl qiymətləri indeksi əvvəlki aya görə 2,2 faiz, illik müqayisədə 29,7 faiz artıb. Buğda qiymətlərində isə aylıq müqayisədə 5,6 faiz illik əsasda isə 56,2 faiz artım olub. Beynəlxalq buğda qiymətləri 2008-ci ilin mart ayında qeydə alınan rekord səviyyədən cəmi 11 faiz bəndi aşağıdır.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN