AXA-nın Bitki Müfahizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin tərəfindən xüsusi təhlükəli zərərverici olan çəyirtkəkimilərə qarşı davamlı olaraq mübarizə tədbirləri həyata kecirilir. Belə ki, Şamaxı və Quba rayonlarına məxsus ərazilərdə xüsusi təhlükəli zərərli orqanizmlərə aid edilən İtaliya çəyirtkələrinin miqrasiyası hallarına rast gəlinmişdir. AXA-nın Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin mütəxəssisləri tərəfindən vaxtında qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində təhlükənin qarşısı alınıb.

Qurumdan bildirilib ki, İtaliya çəyirtkəsinin faktiki inkişaf fazasında hərəkət intensivliyi və həyat tərzi nəzərə alınmaqla mobil ultra kiçikhəcmli ciləyici aqreqatlarla təchiz olunmuş  Mitsibişi-L200 markalı avtomaşın və  yerüstü çiləyicilər cəlb olunmaqla sirayətlənmiş ərazilərdə “Arrivo” (t.e.m- 250 q/lt Cypermethrin) və Chrysamed Dedex (t.e.m.- 10q/lt Alpha-Cypermethrin ULV) preparatları ilə kimyəvi mübarizə tədbirləri həyata kecirilib. Hazırda həmin ərazilərdə fitosanitar müşahidələr davam etdirilir, aşkarlanan xırda  populiyasiyalara qarşı mübarizə tədbirləri aparılır.

Qeyd edək ki, yovşanlı yataqlar, boş yerlər, becərilməyən sahələr, mərzlər, tarlaların kənarları, otarılmış otlaq sahələri, əkinə yararsız torpaqlar və alaq otları ilə sirayətlənmiş sahələr italiya çəyirtkələrinin çoxalma yerləri hesab edilir. Tez-tez mərakeş çəyirtkələri ilə qarışıq populyasiyalar əmələ gətirirlər. Kütləvi çoxalmaları çox böyük sahələri bürüyən fəlakətli vəziyyət yarada bilər. İstilərin və quraqlığın bir neçə il dalbadal davam etməsi əsas məskunlaşma yerlərində çəyirtkələrin sayının sürətlə artmasına səbəb olur. Yayın əvvəlində yağıntıların çoxalması çəyirtkələrin inkişafına mənfi təsir göstərir.

Kiçik dəstələrin miqrasiyası 2-ci yaşdan başlayır. Böyük yaşlı sürfələrdən ibarət dəstələr gün ərzində 400 m-ə qədər və bütün inkişafı dövründə bir neçə kilometrə qədər hərəkət edə bilirlər. İmaqolardan ibarət sürülər gün ərzində 20-30 km (az hallarda 40-60 km) məsafəyə uça bilirlər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN