Cari ilin yanvar-iyun aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 6 milyard 482 milyon 48,5 min manat vergi daxil olub, proqnoza 146,7 faiz əməl edilib.

TEZADLAR.AZ xəbər verir ki, Azərbaycanda ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 49,3 faiz və ya 2,1 milyard manatdan çox artıb.

DVX-nin məlumatına görə, qeyri-neft-qaz sektorundan daxilolmalar 4 milyard 398 milyon 63,4 min manat olub, proqnoza 128,6 faiz əməl edilib. Dövlət büdcəsinə proqnozdan əlavə 978 milyon 146,8 min manat vəsait daxil olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 38,1 faiz və ya 1 milyard 214 milyon 119,1 min manat artıb.

Ödənilən vergilərin 67,8 faizi qeyri-neft-qaz sektorunun, 32,2 faizi isə neft-qaz sektorunun payına düşüb.

Xatırladaq ki, 2021-ci ilin yanvar-noyabr aylarında, yəni 11 ay ərzində dövlət büdcəsinə 7 milyard 961,8 milyon manat vergi daxil olub, proqnoza 121 faiz əməl edilib.

Bu il isə yuxarıda qeyd edildiyi kimi, cəmi 6 ayda dövlət büdcəsinə 6 milyard 482 milyon 48,5 min manat vergi daxil olub.

Fərq göz önündədir.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN