İranda rəsmi səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan paytaxt Tehranda iranlı həmkarı İbrahim Rəisi ilə görüşüb.

Sədabad sarayında mətbuata qapalı keçirilən görüşdə iki ölkənin nümayəndə heyətləri də iştirak edib.

 TRT-nin məlumatına görə, Prezident Ərdoğan İran dini lideri Ayətullah Əli Xamenei ilə də bağlı qapılar arxasında görüşüb.

  Daha sonra Türkiyə prezidenti R.T.Ərdoğan və İran prezidenti İ.Rəisi Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 7-ci iclasına sədrlik ediblər.

  Yığıncaqdan sonra təşkil edilən mətbuat konfransında Ərdoğan deyib: "Terror təşkilatları PJAK, PKK, PYD, YPG, FETÖ Türkiyə və İrana ciddi təhdiddir. Biz həmrəylik içində onlarla mübarizəni davam etdirməliyik".

  Türkiyə-İran-Rusiya Üçtərəfli Zirvə Görüşü öncəsi isə Türkiyə prezidenti bunları söyləyib: “Suriya ilə bağlı Astana prosesinin yenidən qiymətləndirilməsi bu mövzunu canlandıracaq.”

  İran prezidenti İbrahim Rəisi də öz növbəsində çıxış edərək deyib: "Türkiyə və İran arasında 30 milyard dollarlıq ticarət həcmi müəyyən etdik. Bu, hazırkı ortaq ticarət həcmini üç dəfə artırmaq deməkdir.

  İki ölkənin birgə sənaye şirkətlərinin yaradılması da bu gün razılaşdığımız məsələlərdən biridir.  Türkiyə prezidenti Ərdoğanın İrana səfəri iki ölkə arasında münasibətlərdə mühüm dönüş nöqtəsidir”.

  Qeyd edək ki, R.T.Ərdoğan daha sonra Rusiya Federasiyasının prezidenti Vladimir Putinin iştirakı və İran prezidentinin ev sahibliyi ilə Tehranda keçiriləcək Astana formatında Yeddinci Üçtərəfli Zirvə Toplantısında iştirak edəcək, o cümlədən rusiyalı həmkarı ilə ikitərəfli görüş keçirəcək.

TEZADLAR.AZ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN