Bu gün dünya birjalarında neft qiymətləri ucuzlaşıb.

Belə ki, həm “Brent”, həm də də WTI markalı xam neftin qiymətində ucuzlaşma baş verib.

Bu gün səhərə olan məlumata görə, “Brent” markalı yanacağın bir barreli 3,94 dollar azalaraq 98,96 dollar təşkil edib. Amerika xam neftinin qiyməti də azalıb və hazırda bir barel üçün 93,01 dollar təşkil edir.

Sabah OPEC+ nazirlərinin görüşü keçiriləcək. ABŞ-ın hasilatı fəal şəkildə artırmaq çağırışlarına baxmayaraq, koalisiya sentyabrda neft hasilatının artım səviyyəsini təsdiq edəcək. Analitiklərin fikrincə, OPEC (ing. The Organization of the Petroleum Exporting Countries) ölkələrinin iclası müsbət irəliləyişlərə gətirəcək və neft qiymətlərinə “sakitləşdirici” təsir göstərəcək.

Xatırladaq ki, OPEC neft ixrac edən ölkələr tərəfindən neftin qiymətinin tənzimlənməsi məqsədi ilə yaradılan təşkilat. Bu təşkilatın üzvləri iqtisadiyyatı əsasən neftdən asılı olan dövlətlərdir.

***

Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2022-ci il büdcəsinin gəlirləri 10 589 701,9 min manatdan 15 789 147,9 min manata qaldırılıb, xərcləri isə 12 789 674,6 min manatdan 11 597 136,5 min manata endirilib.

 Ölkəmizdə iqtisadi artım proqnozları yenilənən zaman xam neftin bir barelinin orta illik ixrac qiyməti 85 ABŞ dolları səviyyəsində götürülüb. Bu "Azərbaycanın 2022-ci il dövlət büdcəsi haqqında” yenilənmiş qanun layihəsində öz əksini tapıb.

Əvvəlki qanun layihəsində isə neftin 1 barrelinin ixrac qiyməti 50 ABŞ dolları səviyyəsində götürülmüşdü.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN