Limitdən yuxarı yanacaq alanlar daha çox pul ödəyəcəklər

 Ölkənin energetika nazirliyinin məlumatına görə, Qazaxıstan Respublikası Energetika Nazirliyinin neft məhsullarının pərakəndə satışı üçün dövlət qiymətlərinin tənzimlənməsi məqsədilə marjinal qiymətlərin müəyyən edilməsi haqqında əmri qüvvəyə minib.

 Sərəncama əsasən, aşağıdakı markalı benzinin qiymətləri əvvəlki qaydada saxlanılır:

Aİ-80 – litri 89 təngəyə (0,32 AZN), Kostanay və Şimali Qazaxıstan vilayətlərində Aİ-92 və Aİ-93 markalı benzinin qiymətləri – litri 187 təngəyə (0,67 AZN),  Qazaxıstanın digər bölgələrində litri - 182 təngəyə (0,65 AZN),  dizel yanacağının qiyməti - litri 450 (1.62 AZN) təngəyə satılır.

 Sərəncama görə, dizel yanacağına məhdudiyyət qoyulur.

 Beləki, Qazaxıstan Respublikasında verilmiş sürücülük vəsiqəsi təqdim edildikdə - regiondan asılı olaraq, gündə 100 litr həcmində - litri 230-260 təngəyə (0.83 – 0,93 AZN - red), yük maşınları, xüsusi ixtisaslaşdırılmış nəqliyyat vasitələri və avtobuslar üçün isə - Qazaxıstan Respublikasında nəqliyyat vasitəsinin qeydiyyatı haqqında şəhadətnamə təqdim edildikdə, gün ərzində təsdiqlənmiş limit regiondan asılı olaraq 300 litr həcmində - litri 230-260 təngəyə (0.83 – 0,93 AZN) - satılacaq.

 Digər  şəxslər kateqoriyasına aid olanlara, eləcə də göstərilən limitdən yuxarı dizel yanacağı alanlara litri 450 təngədən satılacaq.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN