Məlum olduğu kimi, bank sektorunun əsas statistik göstəriciləri açıqlanıb.

Belə ki, Mərkəzi Bankın məlumatına əsasən, 31 iyul 2022-ci il tarixində bank sektorunun cəmi aktivləri 41 milyard 589.7 milyon manat təşkil edib. Bu isə iyun ayının sonu ilə müqayisədə 330.5 milyon manat, faiz nisbəti ilə isə 0,8% azdır. Belə ki, 30 iyun 2022-ci il tarixində sektorun cəmi aktivləri 41 milyard 920.2 milyon manat olub. Həmçinin, ötən ay banklardakı cəmi depozitlər də 381,6 milyon manat və ya 1,3% azalaraq 29 milyard 600,5 milyon manata qədər geriləyib. Hüquqi şəxslərin depozitləri isə 608.5 milyon manat azalaraq 18 milyard 955 milyon manata düşüb.

Bəs görəsən, bank sektorundakı kiçilmə nə ilə bağlıdır? Məsələ ilə bağlı iqtisadçı-alim Fuad İbrahimov bildirib ki, bank sektorunun kiçilməsi və aktivlərin azalması 2 məsələ ilə bağlıdır: “Biznes mühitinin məhdudlaşması və aktivlərin geri çəkilməsi, yəni müştərilərin depozit hesablarından vəsaiti geri çəkməsi buna səbəb ola bilər. İndiki vəziyyətdə vətəndaşlar da kifayət qədər depozitləri olmadığı üçün bank vasitəsilə deyil, şəxsi bizneslərinə və yaxud digər mənbələrə yatırım edirlər. Eyni zamanda, kredit verilməsinin azalması dövriyyənin və oradan gələn gəlirlərin də azalmasına səbəb olduğuna görə bank sektorunda kiçilmə baş verir”.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN