Sentyabrda dolların məzənnəsi

40-41 qrivna (41 Ukrayna qrivnası - 1.89 Azərbaycan manatına bərabərdir) arasında "get-gəl" edəcək. Lakin oktyabrda vəziyyət kəskin şəkildə dəyişə bilər.

Xarici KİV-in məlumatına görə, bu cür proqnozları iqtisadçı ekspertlər verib.

Beləki, iqtisadi müzakirələr klubunun nümayəndəsi Oleq Pendzinin fikrincə, valyutaların nağd pul bazarında mövcud vəziyyətini oktyabr ayından hər şeyin dəyişə biləcəyi qeyri-müəyyən balans adlandırmaq olar.

O, qeyd edib ki, kredit-icarə proqramı Ukraynanı böyük miqdarda silah, hərbi texnika və sursatla təmin etməyə başlayacaq.

“ O zaman dolların məzənnəsi həm yüksələ bilər (Ukraynaya xaricdən maliyyə yardımı azalarsa), həm də aşağı düşə bilər (əgər cəbhədə Ukraynanın xeyrinə dönüş olarsa, taxılın ixracı artacaq), - deyə bildirib.

Digər ekspert Aleksandr Oxrimenkonun fikrincə, indi Ukrayna Milli Bankı məzənnə ilə bağlı vəziyyəti sabitləşdirməyə nail olub:

"40+ dollar indi hamını qane edir" , -o, əminliklə bildirib.

“Forex club”un analitika şöbəsinin rəhbəri Andrey Şevçişin də hesab edir ki, bazarda sabitlik əsasən UMB-nin fəaliyyəti, daha doğrusu, Maliyyə nazirliyinin qiymətli kağızlarının alınması və emissiyası ilə dəstəklənir.

Xatırladaq ki, bir müddət öncə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov da qeyd edib ki, dollar indeksi 6 xarici valyutadan təşkil edən səbətə nisbətən 0.25 faiz yüksəlib və dolların dünya valyuta bazarında möhkəmlənməsi davam edir.

Millət vəkili dolların dünya bazarında möhkəmlənməsi kontekstində manatın məzənnəsinə təsir göstərən əsas iqtisadi faktorların - ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləği olduğunu da vurğulayıb.

 Lakin əlavə edib ki, manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının qərarından asılıdır.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN