İki həftə öncə  Gürcüstanın 18 Qeyri Hökumət Təşkilatı (QHT-si) Rusiya vətəndaşlarının 2022-ci ildə ölkə ərazisində həddən çox kompaniya açmasından,

 bunu  sanksiyalardan yayınmaq üçün etdiklərindən narahat olaraq, hökumətdən bu axının qarşısını almaq üçün Rusiya vətəndaşlarına viza rejimini tətbiq etməyi tələb etmişdilər - bununla bağlı bəyanat yaymışdılar. 

Qeyd edək ki, məlumata görə, yanvar-iyun aylarında Rusiya vətəndaşları tərəfindən Gürcüstanda 6400-dək kampaniya yaradılmışdı.

Lakin Gürcüstanın Milli Statistika Xidmətinin yaydığı son məlumatı bunu deməyə əsas verir ki, onların sayı mindən çox artıb.

Beləki, martın 1- dən avqustun 1- dək Gürcüstanda 7459 Rusiya biznesi qeydiyyata alınıb.

Xidmətin məlumatında qeyd olunub ki, qeydiyyatdan keçmiş həmin müəssisələrin 544-ü Məhdud Məsuliyyətli Cəmiyyətlərdir, 6913-ü fərdi sahibkarlar, 2-si isə xarici müəssisələrin filiallarıdır.

Həmçinin o da vurğulanır ki, 544 Rusiya MMC-nin 542-nin fəaliyyəti məlum deyil...

Xatırladaq ki, o zaman 18 QHT hökumətin nəzərinə çatdırmışdı ki, 6 ay ərzində Gürcüstanda 6400-dək kampaniya yaradılıb ki, bu da 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 7 dəfə çoxdur. 

Və bu gün bu rəqəmin 7459- a çatdığı məlum olub.

 

JASMİN

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN