Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Balkan səfərinin son dayanacağı Xorvatiya oldu.

O, paytaxt Zaqrebdə Xorvatiya prezidenti Zoran Milanoviç tərəfindən rəsmi mərasimlə qarşılandı.

  Təkbətək və nümayəndə heyətləri arasında görüşlərdən sonra Ərdoğan və Milanoviç təşkil edilən ortaq mətbuat konfransında çıxış ediblər.

  Xorvatiya prezidenti Zoran Milanoviç deyib: "Bir çox mövzularda danışdıq. Türkiyə xüsusilə Ukrayna ilə Rusiya arasında körpüdür. Həm iqtisadi, həm də qonşuluq münasibətlərinə baxanda bunlar çox önəmlidir."

Tezadlar.az TRT-yə istinadən xəbər verir ki,  R.T.Ərdoğan öz növbəsindəki çıxışında bunları söyləyib: “6 ildən sonra Zaqrebə qayıtmaqdan çox məmnunam. Bu il Türkiyə ilə Xorvatiya diplomatik əlaqələrinin 30-cu ildönümünü qeyd edir.   Xorvatiya ilə ticarət dövriyyəmiz epidemiyadan əvvəlki səviyyəni keçərək 900 milyon dollara çatıb. Biz bunu daha da irəli aparmağa çalışırıq. Xorvatiyanın ilk geotermal elektrik stansiyası olan dəmir yolu layihəsini Türk şirkətləri boynuna götürdü. Bu gün TİKA-nın dəstəyi ilə Sisak şəhərində inşa edilən İslam Mədəniyyəti Mərkəzinin açılışını edəcəyik. Türkiyə Balkanlardakı prosesləri yaxından izləyir”.

  Ukraynadan taxıl daşınması və Rusiyanın mövqeyinə də münasibət bildirən Ərdoğan deyib: “Hazırda Rusiyadan taxıl daşınması yoxdur. Cənab Putinin haqlı olduğu bir məqam var: təəssüf ki, daxil olan taxıl kasıb ölkələrə yox, zəngin ölkələrə gedir. Sanksiya tətbiq edən ölkələrə taxıl daşımalarının olması cənab Putini narahat edir. Biz istəyirik ki, taxıl daşınması Rusiyadan da başlasın. Bunları Səmərqənddə cənab Putinlə müzakirə edəcəyik, “gəlin, bu taxılı həqiqətən yoxsul ölkələrə çatdıraq” deyə. Enerji qiymətləri yüksəlir. Avropa bu qışı necə keçirəcək? Bu yüksək rəqəmlərlə Qərb nə edəcək? Ümid edirəm ki, bu bəla ən yaxşı şəkildə atılacaq addımlarla aradan qaldırılacaq”.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN