Sentyabrın 1-dən Ermənistanda pensiyalar 3000 dram (7.41 dollar) artırılıb.

Bu qərar ölkə hökumətinin bu gün keçirilən iclasında de-yure təsdiqlənib.

Hökumətin qərarına əsasən, sentyabrın 1-dən əmək stajının hesablandığı baza pensiyasının ölçüsü 21 min dram (50 dollar, yaxud 84.98 AZN) müəyyən edilib. Əvvəllər baza pensiyası 18 min dram (44.49 dollar, yaxud 75.61 AZN) olub. Eyni zamanda, minimum pensiyanın ölçüsü əvvəlki 28,6 min dramdan  30,5 min drama (72 dollar, yaxud 122.37AZN) yüksəldilib.

Belə ki, sentyabrın 1-dən Ermənistanda pensiya və müavinətlər istisnasız olaraq hamı üçün 3 min dram artırılıb. Bu isə 7.41 ABŞ dolları və yaxud 12.59 Azərbaycan manatı deməkdir.

 Qeyd edək ki, statistik məlumatlara görə , Azərbaycanda son 3 il ərzində  minimum pensiya məbləği artırılaraq 110 manatdan 240 manata çatıb. 2022-ci il üçün yaşayış minimumu pensiyaçılar üçün 176 manat müəyyən edilib.

 JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN