“...Bizim tez bir zamanda müəyyən etdiyimiz və Azərbaycanın iqtisadiyyat nazirinin

müavini Səməd Bəşirlinin də qeyd etdiyi çox vacib bir sahə Azərbaycan ərazisindən keçən Orta Dəhlizin istifadəyə verilməsidir”.

Bu fikirləri CAREC-in direktoru Sayed Şakila Şah Azərbaycanla Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq İnstitutu (CAREC) arasında əməkdaşlığın əsas sahələrindən daışarkən bildirib.

CAREC direktoru vurğulayıb ki, Azərbaycan hökuməti Orta Dəhlizin inkişafında uğurlar əldə edib və buna görə də dəhlizin tam şəkildə fəaliyyətinə nail olmaq üçün çaba göstərəcəklər:

“ Beləliklə, biz trafikin əhəmiyyətli dərəcədə artdığını görürük və düşünürəm ki, Azərbaycan hökuməti pandemiyadan əvvəl yeni infrastruktur inkişaf etdirdiyi üçün üstünlüyə malikdir və Orta Dəhlizin inkişafında böyük uğurlara nail olub. Mövcud nəqliyyat və logistika marşrutlarının pozulması fonunda Orta Dəhliz vacib rol oynayır. Biz Azərbaycandan keçən və Asiyanı bir çox qlobal marşrutlarla birləşdirən bu dəhlizin tam şəkildə fəaliyyət göstərməsi istiqamətində əzmlə çalışacağıq”, - deyə bildirib.

Onun sözlərinə görə, Azərbaycanla CAREC arasında əməkdaşlıq üçün növbəti mühüm sahə enerjidir.

Sayed Şakila Şah bunu ölkəmizin enerji resurslarına malik olması ilə izah edib:

“Çünki Azərbaycan enerji resursları ilə zəngindir və artıq bu sahədə böyük oyunçuya çevrilir. Bizə təqdim olunmuş hesabatdan göründüyü kimi, Azərbaycanın qaz ixracı il ərzində 30 faiz artıb. Beləliklə, Azərbaycan enerji sektorunda daha çox iqtisadi resurslara malik olduğundan bütün region üçün rıçaq ola bilər. Bu yolla Bakı yeni enerji təchizatı zəncirlərinə şaxələndirilə bilər ki, bu da bizim işləyəcəyimiz başqa bir sahə olacaq”, - o bildirib.

Qeyd edək ki, Asiya İnkişaf Bankı tərəfindən 2001 -ci ildə təsis edilmiş Mərkəzi Asiya Regional iqtisadi Əməkdaşlıq (CAREC) Proqramı 11 ölkəni (Əfqanıstan, Azərbaycan, Çin, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistan), 6 çoxtərəfli maliyyə institutunu (Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Banki, Beynəlxalq Valyuta Fondu, BMT-nin İnkişaf Proqramı və Dünya Bankı) tərəfdaşlıq çərçivəsində özündə birləşdirir. 

Proqramın əsas məqsədi əməkdaşlıq vasitəsilə sürətli iqtisadi inkişafın və yoxsulluğun azaldılmasına nail olmaq, əsas prioritet istiqamətləri - nəqliyyat, ticarət və energetika sahələridir. 2001-ci ildən başlayaraq adıçəkilən sahələrə 21 milyard investisiya cəlb edilib.

Proqram üzrə hər il bir ölkə seçilir və həmin ölkədə yüksək səviyyəli tədbirlər keçirilir. Hər 3 prioritet sahə üzrə keçirilən tədbirlərin yekunu olaraq ilin sonuna yaxın Yüksək Səviyyəli Rəsmilərin İclası keçirilir və həmin iclasda sonuncu toplantı olan üzv ölkələrin Nazirlər Konfransına sənədlər təqdim olunur.

Energetika sahəsində ildə 2 dəfə Enerji Sektorunun Əlaqələndirici Komitələrinin toplantıları keçirilir. Komitədə ölkəmizi Energetika Nazirliyi təmsil edir.

Xatırladaq ki, bu günlərdə Bakıda Asiya İnkişaf Bankının (AİB) Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq İnstitutu (CAREC) və Azərbaycanın İqtisadiyyat Nazirliyinin İqtisadi Elmi Tədqiqat İnstitutunun (ESRI) təşkilatçılığı ilə CAREC Beyin Mərkəzlərinin 6-cı İnkişaf Forumu keçirilib. 

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN