Macarıstanın kənd təsərrüfatı naziri İştvan Naqi ölkə Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalını dayandırdıqdan sonra fermerləri müdafiə etməyə çağırıb.

Tezadlar.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Nazirin sözlərinə görə, səlahiyyətli orqanlar fermerlərə kömək etmək üçün bütün tədbirləri görəcək. Naqi xatırladıb ki, o, Avropa İttifaqının fermerləri dəstəkləmək və Ukraynadan kənd təsərrüfatı məhsullarının rüsumsuz idxalı qaydalarına yenidən baxılması qərarını gözləyir.

Qeyd edək ki, aprelin 15-də Macarıstan Ukraynada istehsal olunan və ya oradan gələn taxıl, yağlı bitkilər və bir sıra digər kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyub. Məhdudiyyətlər bu il iyunun 30-dək qüvvədə olacaq.

Bundan əvvəl də oxşar qərar Polşanın hakimiyyət orqanları tərəfindən verilmişdi. Bir gün əvvəl Slovakiyanın Kənd Təsərrüfatı Nazirliyi də Ukraynadan gələn taxılın emalı və satışına qadağa qoyub - buna səbəb Ukrayna buğdasında aşkar edilən və insan sağlamlığına mənfi təsir göstərə bilən pestisidlər olub.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN