Qardaş Türkiyə digər sahələrdə olduğu kimi, qaz sənayesində də öz sözünü deməyə başlayıb... Əsrin layihələrində öz imzadını atan Türkiyə özü üçün yeni bir sahədə dünya rekordu vurmağa hazırlaşır: yatağın açılmasından onun istismara verilməsinə 32 aya nail olur. Tanınmış iqtisadçı-ekspert İlham Şaban bu nailiyyəti qısaca olaraq belə şərh edib: "...Ramazan bayramı öncəsi ilk yerli istehsal qazı Türkiyə paylama sisteminə təhvil veriləcək. İndiyə qədər dəniz yataqlarının işlənməsində belə bir SÜRƏT olmayıb... Sahildən 155 km aralıda və dənizin 2100 metrdən çox dərinliyindən TƏBİİ qazın hasili... O yatağın işlənməsinə cəlb edilmiş qazma və xidmət gəmilərin adlarına baxıram: Fatih, Kanuni, Yavuz, Abdulhamid Han, Korkut... Osmanlının FATEH tarixini indi Qara (böyük) dənizdəki əməliyyatlarda davam etdirirlər...".
Bəli, Türkiyə düşmənlərin bütün təzyiq və təsirlərinə baxmayaraq inkişafa doğru irəliləyir, öz sözünü deyir. Çünki Türkiyənin yanında həm də Azərbaycan var...
XƏYYAM
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN