...Geyinilmiş paltarlara, əsasən, vətəndaşlarının sosial durumu zəif ölkələr ehtiyaclıdır...

Lakin təcrübə göstərir ki, bəzi ölkələr də var ki, bu paltarlara sosial vəziyyətindən asılı olmayaraq ölkənin bir zümrəsi ehtiyac duyur. Gürcüstanda olan kimi...

 Tezadlar.az Gürcüstan Milli Dövlət Statistika Departamentinin rəsmi saytına istinadla bildirir ki, 2023-cü ilin yanvar-fevral aylarında Gürcüstana 1 396 ton (5 milyon 494 min dollar dəyərində) "ikinci əl" paltar gətirilib. Belə ki, təkcə bu ilin yanvar-fevral aylarının göstəriciləri 2022-ci ildə qeydə alınan müvafiq göstəricilərlə müqayisədə 15% azadır. Son 15 ilin statistikasına əsasən, Gürcüstana ən çox "ikinci əl" geyim vasitəsi 2022-ci ildə gətirilib ki, bunun da ümumi həcmi 10 882 tondan çox olub. Ötən il ölkəyə gətirilən "ikinci əl" geyim vasitələrinin 39%-i Türkiyənin payına düşüb. İkinci sırada Pakistan, üçüncü sırada isə Birləşmiş Krallıq qərarlaşıb. 2022-ci ildə Gürcüstan Türkiyədən 4 123 ton (12 milyon, 391 min dollar dəyərində), Pakistandan 1 359 ton (1 milyon, 605 min dollar dəyərində), Birləşmiş Krallıqdan isə 1 103 ton (2 milyon, 871 min dollar dəyərində) "ikinci əl" geyim idxal edib. 2022-ci ildə Gürcüstanın idxal etdiyi "ikinci əl" geyim vasitələrinin 25%-i Avropa İttifaqı ölkələrinin payına düşüb.

Bəs niyə Gürcüstanda əhali daha çox ikinci əl paltarlara, yəni geyinilmiş pal-paltarlara üstünlük verir??? Ekspertlər bunu təkcə həmin paltarların ucuz olması ilə deyil, həm də Çindən gətirilən paltarlardan qat-qat keyfiyyətli olması ilə izah edirlər. 

Bu il Türkiyədə baş verən zəlzələ zamanı isə Azərbaycan da başda olmaqla bir çox ölkələr zərərçəkənlərə təkcə ikinci əl deyil, həm də təzə paltarlar göndərmişdir.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN