...Ölkənin kolxoz bazarlarında əcaiblik hökm sürür... Çünki aidiyyəti qurumların, xüsusən də AQTA-nın başı kolbasa və sosiska sexlərinə qarışıb... Elə ona görə də Belorusdan Azərbaycana gətirilən kartof 1 manata, iki addımlıqdan gələn Şəmkir kartofu isə 3 manata satılır... Oxucumuz Etibar Əliyev elektron poçtumuza göndərdiyi şikayətində əsəbini cilovlaya bilməyib: "...belə işlərə cavabdeh olan dövlət qurumlarının üzü qara olsun! Budurmu bizim inkişafımız? Yoxsa təzə kənd təsərrüfatı nazirimiz yeni qiymət üsulu icad edib?! Yox, əgər Şəmkir kartofunun içində bal varsa və yağı da özündəndirsə, o zaman sözümü geri götürərəm. Yazıq kasıb, yediyi kartof idi, o da qalxdı ceyran belinə. Duru yağların da maral belində gəzdiyini, çörəyin qiymətinin isə kəlləçarxa dırmaşdığı bir zamanda belə çıxır ki, indi kartof qızartması oliqarxların süfrəsinə layiq təamlar səviyyəsinə qalxdı. Can, ay kasıb!".
TƏBİİ Kİ, BU ADİ BİR OXUCU-VƏTƏNDAŞ İRADIDIR. LAKİN AİDİYYƏTİ DÖVLƏT QURUMLARI NİYƏ DƏ TƏDBİR GÖRMƏSİN?!
Satılan məhsulun maya dəyərində nəqliyyat xərcinin əmsalı böyükdür. Amma göründüyü kimi, Belorusdan gətirilən məhsul Şəmkirdən gətiriləndən 3 dəfə ucuzdur...
XƏYYAM
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN