İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən fevralın 13-də keçirilən növbəti hərracda 15 nəqliyyat vasitəsi satılıb.

Dövlət Xidmətindən TEZADLAR.AZ-a bildirilib ki, hərraca çıxarılan dövlət əmlaklarına ümumilikdə 74 sifariş qəbul edilib.

Hərrac rəqabətli olub. Belə ki, “İveco” markalı avtobusun start qiyməti 7500 manat olsa da, son təklif 28200 manata yüksəlib. İlkin qiyməti 3500 manat olan “VAZ-21214” markalı avtomobil isə 4800 manata özəlləşdirilib.

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə https://clck.ru/38pZ6E linki vasitəsilə tanış olmaq olar.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN