Sentyabrın 25-də Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Elektrik təchizatı şəbəkələrinə qoşulma” işçi qrupunun videokonfrans formatında növbəti iclası keçiriləcək.

Energetika Nazirliyindən Tezadlar.az-a daxil olan məlumata görə, iclasda Dünya Bankının “Business Ready” hesabatının “Kommunal xidmətlər (elektrik)” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsi”nin cari ilin üçüncü rübü ərzində icra vəziyyəti barədə məlumat veriləcək. Bununla yanaşı elektroenergetika sektorunda tənzimləyicinin funksiyasını və səlahiyyətlərini əks etdirən “Elektron Məlumat Kitabçası”nın (Handbook) təqdimatı olacaq. Həmçinin elektrik təchizatı şəbəkəsinə qoşulma sahəsində sahibkarların məlumatlandırılması məqsədilə müzakirələr aparılacaq.

İclasla əlaqədar vətəndaşlar, o cümlədən özəl sektor nümayəndələri Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın https://azranking.az internet portalının “onlayn müraciət” (https://azranking.az/online-apply) bölməsi vasitəsilə işçi qrupun işində iştirak edərək aidiyyəti sahə və məsələlər barədə təkliflər təqdim edə bilərlər.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN