İqtisadiyyat Nazirliyində keçirilən görüşdə Slovakiya ilə iqtisadi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Nazirliyin Mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, iqtisadiyyat naziri Mikayıl Cabbarov Slovakiyanın Baş nazirinin müavini, iqtisadiyyat naziri Denisa Sakova ilə görüşüb.

Görüşdə iki ölkə arasında əlaqələrin mühüm istiqamətlər üzrə genişləndiyi vurğulanıb. Qeyd olunub ki, qarşılıqlı səfərlər, keçirilən tədbir və görüşlər, aparılan müzakirələr Azərbaycan-Slovakiya əməkdaşlığının möhkəmləndirilməsində önəm kəsb edir. Slovakiya ilə ticarət, enerji, investisiya, sənaye, humanitar və digər istiqamətlər üzrə səmərəli işbirliyi üçün geniş imkanlar diqqətə çatdırılıb. Bildirilib ki, Azərbaycanın təşəbbüskarı və fəal iştirakçısı olduğu regional və qlobal enerji layihələri tərəfdaş ölkələrin enerji təminatına töhfə verir və bu kontekstdə enerji əməkdaşlığı Slovakiya ilə münasibətlərdə prioritetlərdəndir.

Tərəflər iki ölkə arasında iqtisadi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, energetika sektorunda birgə fəaliyyət, əczaçılıq sahəsində əməkdaşlığın inkişafı və təcrübə mübadiləsi kimi məsələləri müzakirə ediblər. Görüşdə Bakıda keçiriləcək Azərbaycan ilə Slovakiya arasında İqtisadi əməkdaşlıq üzrə işçi qrupunun ilk iclası və biznes foruma hazırlıqla bağlı fikir mübadiləsi aparılıb.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN