Sürücülərə avtomobillərin texniki baxışı ilə bağlı şad xəbər var... 

Belə ki, Gürcüstanda avtomobillərin texniki baxışı zamanı eqzoz nəzarətinin sərtləşdirilməsi qanunu təxirə salınıb. "Təzadlar" Gürcüstan KİV-lərinə istinadla bildirir ki, bu barədə qanunda edilən dəyişiklikdə qeyd olunub. Məlumata əsasən, avtomobillərin texniki baxışı zamanı eqzoz nəzarətinin sərtləşdirilməsi qanunu 2022-ci ilin yanvar ayı əvəzinə, 2023-cü ilin yanvarından etibarən qüvvəyə minəcək. Qeyd olunan qanun qüvvəyə mindiyi halda isə, avtomobillərin texniki baxışı zamanı ixrac olunan zəhərli qazların miqdarı çox olduğu halda, avtomobillər texniki baxışdan keçirilməyəcək.

Azərbaycanda isə hələki sürücülərin cərimələnməsi ilə bağlı DYP və BNA arasında yarış gedir... 

A.Məmmədli 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN