Avstriya hökuməti ölkənin şərqindəki gərgin vəziyyətlə əlaqədar olaraq Ukraynaya 2,5 milyon avro humanitar yardım ayıracaq.

Bunu ötən gün Avstriyanın xarici işlər naziri Aleksander Şallenberq bildirib.

Qeyd edək ki, Çexiya, Slovakiya və Avstriyanın xarici işlər nazirləri fevralın 7-8-də Ukraynada işgüzar səfərdədirlər.

Şallenberq bildirib ki, Donbasdakı fəlakətli humanitar vəziyyət, eləcə də təmas xəttində  təhlükəsizliklə bağlı gərginlik üzücüdür.

"Bu gün təsdiq edə bilərəm ki, Avstriya hökuməti bir neçə gün ərzində Beynəlxalq Qızıl Xaç Komitəsi və burada çalışan qeyri-hökumət təşkilatlarına 2,5 milyon avro təcili humanitar yardım göstərəcək", - deyə Şallenberq Donbasa səfərindən sonra keçirilən mətbuat konfransında açıqlayıb .

O, həmçinin Avstriyanın sadiqliyini bir daha təsdiqləyib. “İnanmayın ki, biz sizi tərk etmişik, bu, belə deyil”, - deyərək sözlərini tamamlayıb.

Xatırladaq ki, bu günlərdə İsveç də Ukraynaya kömək üçün, təxminən 5,5 milyon dollar göndərəcəyini bəyan edib.

Krallığın Xarici İşlər Nazirliyindən bildirilmişdi ki, İsveç Böyük Britaniya, ABŞ, Kanada və İsveçrə ilə birgə yaradılan Ukraynanın cənub-şərqindəki davamlılığın gücləndirilməsi fonduna 50 milyon İsveç kronu (təxminən 5,5 milyon dollar) ayıracaq.

 Ayrılan yardımla bağlı əməkdaşlıq naziri Matilda Erkrans da “biz bir daha İsveçin Ukrayna ilə həmrəyliyini, onun suverenliyi və ərazi bütövlüyünə sarsılmaz dəstəyini nümayiş etdiririk”, - deyə bildirmişdi.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN