Səudiyyə Ərəbistanı may ayından dünyanın bütün regionlarına neft tədarükü üçün qiymətləri qaldırıb.

Qeyd edək ki, bu barədə Bloomberg yazıb.

Məlum olduğu kimi, “Saudi Aramco” milli neft şirkəti may ayında Asiyaya tədarük edilən Arab Light markalı neftin qiymətini artırıb. Neftin qiyməti 4,40 dollar artaraq 9,35 dollar/barelə bərabər olub.

Həmçinin qeyd edilir ki, may ayında ABŞ bazarında “Arab Light” markalı neftin premium qiyməti (bir barel üçün) rekord həddə - 5,65 dollara yüksələcək. “Saudi Aramco”, həmçinin Asiya üçün neftin digər növlərinin qiymətini də artırıb. Bir barrel üçün qiymət ən azı 2,70 dollar bahalaşıb. ABŞ üçün neft tədarükünün qiyməti (bir barrel üçün) 2,20 dollar artıb.

Xatırladaq ki, Səudiyyə Ərəbistanının neft tədarükünün 60%-dən çoxu Asiya ölkələrinə göndərilir. Eyni zamanda, Çin, Yaponiya, Cənubi Koreya və Hindistan da Ərəbistan neftinin ən böyük alıcıları hesab olunur.

Qeyd edək ki, Belçika Avropa Komissiyası tərəfindən təklif gələrsə, Rusiya neftinə təsir edə biləcək sanksiyalara qarşı çıxmamaq qərarına gəlib.

Bu barədə Belçikanın maliyyə naziri Vinsent van Petegem açıqlama verib.

Göründüyü kimi, Rusiyanın Ukraynaya hücumu fonunda RF-ə təbiq edilən sanksiyalar bütün dünya ölkələrinə az, ya çox dərəcədə təsirini göstərməkdədir. Rusiya da sanksiyalara qarşılıq olaraq Avropaya satacağı qazın pulunu rublla alacağının bəyan etdi və bəzi ərzaq məhsullarının ölkədən çıxarılmasına qadağa qoydu. Müharibə və sanksiyalar ilk növbədə neftin, qazın və bəzi ərzaq məhsullarının qiymətinin artmasında (qida məhsullarının həm də qıtlığına) özünü göstərdi.

Ukraynanın limanlarının blokadada olması isə Ukraynanın bir çox ərzaq məhsullarının ixracından asılı olan ölkələrdə qıtlığa və bahalığa səbəb olacağı da gözlənilir. Və bu proses artıq bir çox ölkələrdə özünü göstərməkdədir...

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN