booked.net booked.net  

Bakının Xəzər rayonunda qətl hadisəsi baş verib.

Təzadlar xəbər verir ki, hadisə Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində qeydə alınıb.

1980-ci il təvəllüdlü Cəfərov Yadigar Hüseynalı oğlu həyat yoldaşına bir neçə bıçaq zərbəsi vuraraq onu qətlə yetirib. Daha sonra Y.Cəfərov özünü bıçaqlayıb. Hadisə nəticəsində hələlik ad-soyadı bilinməyən qadın çoxsaylı bıçaq xəsarətlərindən hadisə yerində keçinib. Y.Cəfərov isə ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Əri tərəfindən bıçaqlanaraq qətlə yetirilən qadının ad-soyadı məlum olub.

Bu, 1986-cı il təvəllüdlü Musayeva Elnarə Əlimusa qızıdır.

O, əri - 1980-ci il təvəllüdlü Cəfərov Yadigar Hüseynalı oğlunun vurduğu 22 bıçaq zərbəsi nəticəsində həyatını itirib. Məlumata görə, hadisəyə səbəb qısqanclıq olub.

Qeyd edək ki, onların birgə nikahdan iki övladı var.

Faktla bağlı istintaq araşdırmaları aparılır.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN