booked.netbooked.net booked.net  

"Vahid Milli Hərəkat” partiyasının Axalkalakidən olan üzvü Artur Mikoyan, 11 sutqalıq həbs edilib.

 TEZADLAR.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.  Nazirlik, "VMH" tərəfindən Artur Mikoyanın "qanunsuz həbs edilməsi və siyasi təqib edilməsi" ilə bağlı açıqlamalarını yalan adlandırıb. Bildirilir ki, Artur Mikoyanın tapançadan atəş açması faktını əks etdirən video yayımlandıqdan sonra sözügedən şəxs barəsində araşdırma başladılıb. Daxili İşlər Nazirliyinin məlumatına əsasən, 23 avqust tarixində "Opel" markalı avtomobil ilə hərəkət edən Mikoyan tərəfindən, öz şəxsi avtomobili ilə hərəkət edən polis əməkdaşı istiqamətində tapançadan atəş açılıb. Məlumatda qeyd edilir ki, A. Mikoyanın evinə baxış zamanı, o, polisin əmrinə tabe olmayıb və buna görə də inzibati xətalar məcəlləsinin 173-cü maddəsi əsasında saxlanılıb. Onun haqqında odlu silahı qanunsuz şəkildə əldə etmə və gəzdirmə ittihamı ilə istintaq isə davam etdirilir. Qeyd edək ki, ötən gün "Vahid Milli Hərəkat" partiyasının üzvü Qiorqi Botkoveli, polisin A.Mikoyanı qanunsuz şəkildə saxladığını və onun evinə odlu silah qoymağa cəhd göstərdiyini bildirib.

24News.ge

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN